6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Rubinyan Ermənistana keçən Azərbaycan hərbçisi haqqında: "Aydındır ki, söhbət təxribatdan getmir"

06-oktyabr-2026, 15:11
Rubinyan Ermənistana keçən Azərbaycan hərbçisi haqqında: "Aydındır ki, söhbət təxribatdan getmir"
Yazı Ölçüsü:

"Azərbaycan hərbçisinin hansı şəraitdə Ermənistan ərazisinə keçdiyi hələ müəyyənləşdirilməlidir. Onun fərari olduğu, yoxsa yolu azdığı araşdırılmalıdır. Mən fərari olduğunu güman edirəm, amma bu, yalnız ehtimaldır".

"PostMedia" xəbər verir ki, bunu oktyabrın 6-da Ermənistan parlamentində jurnalistlərə açıqlamasında Milli Assambleyanın spikeri Ruben Rubinyan deyib.

"Amma aydındır ki, söhbət təxribatdan getmir. Çünki təxribat olsaydı, Azərbaycan tərəfi əvvəlcədən Ermənistan tərəfinə hərbçilərindən birinin itkin düşdüyünü və onun sizin ərazinizdə peyda ola biləcəyini bildirməzdi. Təxribat zamanı belə hərəkət etmirlər. Buna görə də yaxşı xəbər odur ki, Azərbaycanın məqsədyönlü müdaxiləsindən söhbət getmir. Söhbət ayrı-ayrı bir hərbçinin Ermənistan sərhədini qanunsuz keçməsindən gedir. Bunun necə baş verdiyi isə araşdırılacaq", - Rubinyan bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031