6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Əraqçi: "İran daha sərt cavaba hazırdır, lakin diplomatiya yolunu bağlamır"

04-oktyabr-2026, 16:18
Əraqçi: "İran daha sərt cavaba hazırdır, lakin diplomatiya yolunu bağlamır"
Yazı Ölçüsü:

İranın xarici işlər naziri Abbas Əraqçi yeni hərbi əməliyyatlar baş verəcəyi təqdirdə Tehranın cavabının əvvəlkindən daha güclü olacağını, lakin müharibənin başa çatmasına aparan diplomatik yolun açıq qaldığını bildirib.

"PostMedia" xəbər verir ki, bu məlumatı “Mehr” yayıb.

“Əgər düşmənlərimiz hərbi qarşıdurmanı seçsələr, onlar əvvəlkindən daha güclü cavabla üzləşəcəklər. Əgər onlar diplomatik yolu seçsələr, biz diplomatik vasitələrlə ləyaqətli həllə nail olmağa hazırıq”, – Əraqçi İrandakı səfirlər və diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, İran nümayəndə heyətinin Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakı zamanı Tehran müharibə və sülhlə bağlı həll yollarının axtarılmasına hazır olduğunu nümayiş etdirib. Əraqçi bildirib ki, İranı təcrid etmək cəhdləri məqsədinə çatmayıb və ABŞ-ın yeni sanksiyaları vəziyyəti dəyişə bilməz.

“Biz özünümüdafiə və diplomatiyanın inkişaf etdirilməsi məsələsində qətiyyətli və qərarlıyıq”, – o vurğulayıb.

Əraqçi həmçinin bildirib ki, İran sülh yolu ilə həll axtarışına hərbi təhdidlərdən qorunmağa hazır olduğu qədər ciddi yanaşır. Onun fikrincə, sanksiyalar və hərbi əməliyyatlar münaqişənin həllini təmin edə bilməz, diplomatik həll isə “İrana qarşı təcavüzün” dayandırılmasına gətirib çıxara bilər.

İranın xarici işlər naziri Fars körfəzi ölkələri ilə təmaslara da toxunub. O, son görüşləri dostluq şəraitində keçən görüşlər kimi xarakterizə edib və bu dövlətlərlə münasibətlərdə “yeni yolun” başlandığını bildirib. Əraqçi regionda sabitliyin təmin olunmasında ümumi maraqların mövcud olduğunu qeyd edib.

Avropa ölkələrindən danışan Əraqçi onları İrana münasibətdə yanaşmalarını nəzərdən keçirməyə və Tehranla dialoqa başlamağa çağırıb. O bildirib ki, bununla Avropa ölkələri, onun ifadəsi ilə, ABŞ və İsrail tərəfindən “müharibənin qızışdırılmasına” cəlb olunmaqdan yayınmış olarlar.

O, həmçinin İranın diplomatik nümayəndə heyətinin Nyu-Yorkdan qovulması ilə bağlı ABŞ-ın açıqlamalarını “cəfəng” adlandırıb. Əraqçi bildirib ki, İran nümayəndə heyəti ABŞ-a gəlib və əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq ölkəni tərk edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031