6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Medvedev: "Bəzi ölkələr Cənubi Qafqazı parçalamağa və Rusiya ilə Ermənistan arasındakı münasibətləri pisləşdirməyə çalışır"

04-oktyabr-2026, 19:59
Medvedev: "Bəzi ölkələr Cənubi Qafqazı parçalamağa və Rusiya ilə Ermənistan arasındakı münasibətləri pisləşdirməyə çalışır"
Yazı Ölçüsü:

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəzi dövlətlərin Cənubi Qafqaz ölkələrini parçalamağa və Rusiya ilə Ermənistan arasındakı münasibətləri pisləşdirməyə çalışdığını bildirib.

"PostMedia" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə İran İslam Respublikasının dövlət televiziyasına və radiosuna müsahibəsində danışıb.

“Qafqaza gəlincə, bəli, ayrı-ayrı dövlətlər hazırda orada nələrisə qarışdırmağa çalışırlar. Onlar Cənubi Qafqaz ölkələrini parçalamağa çalışırlar. Bu, həqiqətdir. Biz bunu diqqətlə izləyirik”, – Medvedev deyib.

O, nümunə kimi Qərbin Gürcüstanla münasibətlərini və Ermənistan ətrafında mövcud vəziyyəti göstərib.

“Baxın. Əvvəlcə Qərb dünyası Gürcüstana NATO-ya üzv olmağı təklif etdi. Bundan yaxşı heç nə çıxmadı. Gürcüstan hələ də NATO üzvü deyil. Onun hazırkı rəhbərliyi başa düşür ki, bu, yəqin ki, səhv yanaşma idi. Bütün bunlar münaqişəyə gətirib çıxardı. Hazırda isə bizim Ermənistanla münasibətlərimiz sınağa çəkilir”, – Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini bildirib.

Medvedev onun fikrincə, konkret olaraq hansı dövlətlərin belə cəhdlər etdiyini açıqlamayıb. Onun açıqlaması Cənubi Qafqaz ölkələrinin xarici siyasət istiqamətlərində davam edən dəyişikliklər fonunda səslənib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031