6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Kobaxidze: "Azərbaycan və Ermənistanla sərhədlərin delimitasiyası məsələsi dostluq şəraitində həll olunacaq"

04-oktyabr-2026, 15:03
Kobaxidze: "Azərbaycan və Ermənistanla sərhədlərin delimitasiyası məsələsi dostluq şəraitində həll olunacaq"
Yazı Ölçüsü:

Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkənin həm Azərbaycan, həm də Ermənistanla sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə işlərin davam etdirilməsinin vacib olduğunu bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə o, “İmedi” telekanalının “Açıq efir” proqramında bildirib.

“Bizim həm Azərbaycan, həm də Ermənistanla dostluq münasibətlərimiz var. Hər iki dövlətlə demarkasiya və delimitasiya həyata keçirilməlidir və bu məsələ ilə bağlı işlər gələcəkdə də tamamilə dostluq şəraitində davam etdiriləcək”.

Gürcüstan Baş naziri Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı David Qareci məsələsindən danışarkən Tbilisinin problemin həlli istiqamətində dostluq formatında çalışdığını qeyd edib. Onun sözlərinə görə, məsələ hazırkı hakimiyyətə “miras” qalıb və əvvəlki dövrdə daha da mürəkkəbləşdirilib.

Kobaxidze vurğulayıb ki, Gürcüstan sərhədlərlə bağlı məsələləri qonşu dövlətlərlə danışıqlar yolu ilə həll etmək niyyətindədir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031