Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ölkəyə əhəmiyyətli iqtisadi faydalar gətirib.
"PostMedia" xəbər verir ki, bunu, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Rossiya 1” telekanalının efirində deyib.
“Ermənistanın ittifaqın üzvü olduğu bu 10 il, hətta 10 ildən artıq müddət ərzində ölkənin ÜDM-i demək olar ki, üç dəfə artıb. Ticarət dövriyyəmiz 2024-cü ildə pik həddə çataraq 12,4 milyard dollar olub. Halbuki həmin dövrdə Ermənistanın ÜDM-i təxminən 26-27 milyard dollar səviyyəsində idi”.
Ermənistan parlamenti 2025-ci ilin martında ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib. Rusiya tərəfi isə eyni vaxtda həm Aİ-nin, həm də Aİİ-nin gömrük ittifaqında olmağın mümkün olmadığını bildirib.