Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (AİB) ümumi bazarını tərk etməyə tələsməməyə çağırıb. O, həmçinin Ermənistanın Avropa İttifaqına üzv olacağı təqdirdə öz konyakını, tərəvəz və meyvələrini Aİ bazarında hansı həcmdə sata biləcəyini əvvəlcədən düşünməli olduğunu bildirib.
"PostMedia" xəbər verir ki, bunu Lukaşenko Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə deyib.
“Ermənistanın bu gün ona fayda verən şeylərdən əl çəkməyə tələsməsinə ehtiyac yoxdur. Bu ümumi bazardan (AİB) uzaqlaşmaq lazım deyil. Sizdən xahiş edirəm, bundan çıxmağa tələsməyin. İnanın, demək olar ki, 30 ildir prezident kimi çalışıram və heç yerdə bizi gözləmirlər”/
Belarus lideri Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsində də tələsməməyi tövsiyə edib. Onun sözlərinə görə, İrəvan AİB bazarında hazırda satdığı məhsul həcmini Avropa bazarında satış hesabına kompensasiya edə bilib-bilməyəcəyini nəzərə almalıdır.
“Əgər Avropa İttifaqına getmək qərarına gəlmisənsə, niyə tələsirsən? Dəqiq qərar vermisənmi ki, sənin konyakını hara aparacaqlar, tərəvəz və meyvələrini hara satacaqlar? Hansı həcmdə?” — Lukaşenko bildirib.
O əlavə edib ki, Ermənistan Avropa bazarında məhsullarını satmaq imkanlarının AİB bazarında əldə etdiyi nəticələri əvəz edə biləcəyinə əmin olarsa, bu istiqamətdə addım ata bilər.
“Əgər əminsənsə ki, Fransa sənin konyakını alacaq — halbuki öz məhsullarını hara qoyacaqlarını bilmirlər, amma səndən də alacaqlar — yaxşı, get. Bəs niyə tələsirsən? Niyə arabanı atın qabağına keçirirsən?” — Belarus prezidenti deyib.