6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Rusiya Təhlükəsizlik Şurası: “Tramp yolu”nun reallaşdırılması Ermənistanda ABŞ-nin özəl hərbi şirkətlərinin peyda olmasına səbəb ola bilər

01-oktyabr-2026, 18:14
Rusiya Təhlükəsizlik Şurası: “Tramp yolu”nun reallaşdırılması Ermənistanda ABŞ-nin özəl hərbi şirkətlərinin peyda olmasına səbəb ola bilər
Yazı Ölçüsü:

Ermənistanda “Tramp yolu” (TRIPP) layihəsinin həyata keçirilməsi ölkədə ABŞ-nin özəl hərbi şirkətlərinin və kəşfiyyat infrastrukturlarının peyda olmasına səbəb ola bilər.

"PostMedia" "İntefax"a istinadən xəbər veri ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsində iştirak edən ABŞ-Ermənistan birgə şirkətinə marşrut boyunca təhlükəsizliyin təmin edilməsi funksiyalarının verilməsi, Ermənistan tərəfinin isə sərhəd və gömrük nəzarətini saxlaması nəzərdə tutulur.

“Əslində bu, ABŞ-nin özəl hərbi şirkətlərinin Ermənistana “daxil olmasına”, İran sərhədindən cəmi bir neçə yüz metr məsafədə ABŞ-ın kəşfiyyat və ola bilsin ki, digər infrastrukturlarının yerləşdirilməsinə gətirib çıxara bilər”, – Şevtsovun sözlərini Rusiya Təhlükəsizlik Şurasının aparatının mətbuat xidməti sitat gətirib.

O qeyd edib ki, belə vəziyyət marşrutun özünün və onunla həyata keçirilən daşımaların təhlükəsizliyini sual altına qoya bilər.

Şevtsovun sözlərinə görə, TRIPP üzrə razılaşmanın icrası ilə bağlı yaranan mübahisələr ABŞ və Nyu-York ştatının qanunvericiliyinə uyğun həll ediləcək, podratçı şirkətə isə torpaqdan istifadə ilə bağlı müstəsna hüquqlar veriləcək.

“Bu, amerikalıların nəzarətində olan marşrut hissəsindən keçən yükləri “süzə” biləcəklərini nəzərdə tutur”, – Rusiya Təhlükəsizlik Şurası katibinin müavini iddia edib.

Şevtsov narahatlığını həmçinin ABŞ-nin hazırkı siyasəti və Vaşinqtonun Hörmüz boğazı ətrafındakı son addımları ilə əlaqələndirib.

“Buna görə də, razılaşmanın şərtlərini və ABŞ-nin hazırkı siyasətini, o cümlədən Hörmüz boğazını “bağlamaq” üçün son cəhdlərini nəzərə alsaq, gələcək nəqliyyat dəhlizinin etibarlılığı kifayət qədər şübhəli görünür”, – o deyib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031