6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Putin: "Şərq, Qərb, Şimal və Cənub yeni dünya düzəninin prinsipləri barədə razılığa gəlməlidir"

01-oktyabr-2026, 21:39
Putin: "Şərq, Qərb, Şimal və Cənub yeni dünya düzəninin prinsipləri barədə razılığa gəlməlidir"
Yazı Ölçüsü:

Şərq, Qərb, Şimal və Cənub ölkələri gec-tez yeni dünya düzəninin prinsipləri barədə razılığa gəlməlidirlər.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII sessiyasının plenar iclasında çıxışı zamanı deyib.

"PostMedia" xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Putin bildirib ki, klubun iştirakçıları ənənəvi olaraq dünyanın ən aktual problemlərini müzakirə edir, beynəlxalq münasibətlərin vəziyyətini qiymətləndirməklə yanaşı, formalaşmaqda olan dünya düzəninin konturlarını da müəyyənləşdirməyə çalışırlar.

Prezident qeyd edib ki, klub çərçivəsində formalaşmış birbaşa və etibarlı ünsiyyət təcrübəsi, eləcə də onun “intellektual potensialı” gələcək beynəlxalq danışıqlar prosesində tələb oluna bilər.

“Hamımız – Şərq və Qərb, Şimal və Cənub – gec-tez qarşıdakı onilliklərdə bəşəriyyətin tərəqqisini və inkişafını təmin edə biləcək yeni dünya düzəninin formalaşdırılması prinsipləri barədə razılığa gəlməliyik”, – Putin deyib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031