6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

ABŞ dövlət katibinin müavini Ermənistana səfər edib

01-oktyabr-2026, 21:51
ABŞ dövlət katibinin müavini Ermənistana səfər edib
Yazı Ölçüsü:

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Rayli Barns Ermənistana səfərə gəlib.

"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, o, Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanla görüşüb.

Tərəflər Ermənistan-ABŞ hərtərəfli strateji tərəfdaşlığı çərçivəsində gündəmdə olan məsələləri müzakirə ediblər. Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş müxtəlif sahələrdə dinamik şəkildə artan əməkdaşlıq məmnunluqla qeyd olunub.

Görüşdə demokratiyanın və hüququn aliliyinin möhkəmləndirilməsi, həmçinin iki ölkə cəmiyyətləri arasında sivilizasiya baxımından ümumi dəyərlərə əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində davam etdirilən işlər barədə fikir mübadiləsi aparılıb.

Ararat Mirzoyan və Rayli Barns regiondakı inkişafları, eləcə də sülh şəraitində iqtisadi qarşılıqlı bağlılığın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən proqramları müzakirə ediblər. Sülhün daha da möhkəmləndirilməsi istiqamətində mümkün addımlar barədə fikir mübadiləsi aparılıb.

Görüşdə humanitar xarakterli məsələlərə də toxunulub.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031