İranın ali dini lideri ayətullah Seyid Müctəba Xamenei “Müqəddəs müdafiə” həftəsi münasibətilə müraciət yayıb.
"PostMedia" “Tasnim” agentliyinə istinadən xəbər verir ki, Müctəba Xamenei müraciətində İranın cənubundakı dənizlərdə ABŞ və digər xarici qüvvələrin fəaliyyətinə toxunub.
Onun sözlərinə görə, əvvəllər İranın cənub dənizləri “düşmən qüvvələrinin oyun meydanı” olub.
Xamenei bildirib ki, Hörmüz boğazını müdafiə edən qüvvələrin zərbələrindən sonra xarici qoşunlar Ərəb dənizindən daha irəli getməyə cəsarət etmirlər.
“Onlar hər dəfə belə bir riskə gedəndə özləri zərər görüblər. Tezliklə Ərəb dənizinin də onlardan təmizlənəcəyi gün gələcək”, – deyə İranın ali dini lideri vurğulayıb.