6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

İran ABŞ-nin uçuşlara tətbiq etdiyi məhdudiyyətlərlə bağlı ICAO-ya şikayət edib

28-sentyabr-2026, 15:33
İran ABŞ-nin uçuşlara tətbiq etdiyi məhdudiyyətlərlə bağlı ICAO-ya şikayət edib
Yazı Ölçüsü:

İran ABŞ-nin İran aviaşirkətlərinin uçuşlarına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) şikayət edib.

"PostMedia" IRNA Agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əbu Zər Şirudi məlumat verib.

“Qanuni hüquqların müdafiəsi və ABŞ tərəfindən tətbiq edilən qanunsuz məhdudiyyətlərə qarşı tədbir görülməsi məqsədilə İranın şikayət ərizəsi hazırlanaraq ICAO-ya göndərilib”.

Daha əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent xəbərdarlıq etmişdi ki, sentyabrın 23-dən etibarən İran aviaşirkətləri uçuşlar həyata keçirə bilməyəcək və sanksiyalar səbəbindən onlara yerüstü xidmətlər göstərilməyəcək.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031