Rusiya Avropa ilə müharibəyə hazırlaşmır və bunun üçün nə motiv, nə də əsas var. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
“PostMedia" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, Rusiyadan gələn təhlükə və onunla müharibəyə hazırlaşmağın zəruriliyi barədə açıqlamaları məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək və təxribat kimi qiymətləndirib.
“Avropadakı aqressiv dairələr Rusiyanın inkişafını məhdudlaşdırmaq üçün Ukraynadan canlı qüvvə kimi istifadə etmək istəyirlər. Aİ elitaları aqressiv Ukraynaya investisiya yatırmağa davam etmək üçün avropalıları aldadırlar”, – deyə Putin bildirib.
O, Estoniyanın müdafiə nazirinin Rusiyaya qabaqlayıcı hücumun faydalı ola biləcəyi barədə açıqlamalarını siyasi hoqqabazlıq adlandırıb.