“İslamabad Anlaşma Memorandumuna qayıtmaq, eləcə də fikir ayrılıqlarını dialoq və diplomatiya yolu ilə həll etmək məsələsində ÇXR sədri Si Cinpinin düşünülmüş və məsuliyyətli dəstəyini yüksək qiymətləndirirəm”.
"PostMedia" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
“İran bu yanaşmanı bölüşür və belə qarşılıqlı anlaşmanın bərpasının, artıq razılaşdırılmış öhdəliklərə əməl olunmasının, həmçinin ciddi, məzmunlu və nəticəyə yönəlmiş danışıqların irəlilədilməsi üçün zəruri şəraitin yaradılmasının vacibliyini vurğulayır”, – deyə Pezeşkian qeyd edib.