Qərbin 2008-ci ildən bəri çıxarmalı olduğu əsas dərs budur ki, Rusiya ilə müharibə aparmaq lazım deyil. Onun tarixində buna cəhd edənlərin sayı az olmayıb.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev "Cənubi Osetiya" qəzetinə müsahibəsində bildirib.
"Son nəticə hər dəfə eyni olub: rus ruhunun qələbəsi və silahlarımızın gücü, işğalçıların rüsvayçı şəkildə qaçışı. Milli məsələni qızışdırmaq da mənasızdır. Bu, həmişə təxribatçıların özləri üçün ağrılı, bəzən isə geri dönməz nəticələrə gətirib çıxarır. Ruhi cəhətdən qeyri-sabit Saakaşvili bunu anlamadı. İndi o haradadır, başına nə gəlib?
Əminəm ki, tezliklə Kiyev xuntasının başçısını, neonasisti və terrorçunu da bundan az acınacaqlı olmayan taleyin gözlədiyini deyib", - Medvedev bildirib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski nə öz həmvətənlərinə, nə də Qərbdəki himayədarlarına lazım olacaq.
"O, törətdiyi cinayətlərə görə beynəlxalq tribunal, Nürnberq 2.0 qarşısında cavab verəcək, əgər o vaxta qədər sağ qala bilsə", - Medvedev vurğulayıb.