6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Medvedev Ermənistanla bağlı: “İncil incilərini donuzların qabağına atmayın”

24-avqust-2026, 19:45
Medvedev Ermənistanla bağlı: “İncil incilərini donuzların qabağına atmayın”
Yazı Ölçüsü:

Ermənistanın hazırkı hakimiyyətinə münasibətdə indi yalnız bir qayda tətbiq edilə bilər: “İncil incilərini donuzların qabağına atmayın”.

”PostMedia” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev TASS-ın sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, Ermənistan heç vaxt Avropa İttifaqına üzv olmayacaq, lakin uzun müddət ərzində Rusiya və Avrasiya İqtisadi İttifaqının digər ölkələri ilə münasibətlərini korlayacaq. Medvedevin sözlərinə görə, Ermənistanın hazırkı rəhbərliyinin addımlarının qiyməti belə olacaq.

«Aydındır ki, Ermənistan heç vaxt ağır xroniki xəstəliklərdən əziyyət çəkən Avropa İttifaqına üzv olmayacaq. Lakin uzun müddət ərzində Rusiya və Aİİ-nin digər ölkələri ilə münasibətlərini korlayacaq. Milli maraqlara xəyanətə, Sorosun pullarına və Erməni Apostol Kilsəsinə qarşı şeytani kampaniyaya əsaslanan kiçik ölkə rəhbərinin xəstə ambisiyalarının qiyməti budur.

Beləliklə, Ermənistanın hazırkı hakimiyyətinə münasibətdə yalnız bir qayda tətbiq olunur: “Non mittite margaritas ante porcos”», – deyə Medvedev əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031