6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

İran parlamentində Hörmüz boğazından keçid xidmətləri üçün gəmilərdən ödəniş alınması təsdiqlənib

24-avqust-2026, 01:16
İran parlamentində Hörmüz boğazından keçid xidmətləri üçün gəmilərdən ödəniş alınması təsdiqlənib
Yazı Ölçüsü:
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komitəsi Hörmüz boğazından keçərkən müxtəlif xidmətlərdən istifadə müqabilində gəmilərdən ödəniş alınmasını nəzərdə tutan müddəanı təsdiqləyib.
"PostMedia" xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.
Komitənin rəsmi nümayəndəsi Həsən Kaşqəvinin bildirdiyinə görə, söhbət komitənin daha əvvəl müzakirə etmədiyi “Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi və inkişafı üzrə strateji tədbirlər haqqında” qanun layihəsinin 3-cü maddəsindən gedir.
Təsdiqlənmiş müddəaya əsasən, boğazdan keçməsinə icazə verilən ölkələrin gəmilərindən dəniz və ekoloji xidmətlər, xüsusi şəraitdə yanacaq doldurma, sığorta, təhlükəsizliyin təmin edilməsi və digər xidmət növlərinə görə ödəniş tutulacaq. Bu ödənişlər İran rialı ilə və ya İslam Respublikasının məqbul hesab edəcəyi digər valyuta ilə həyata keçirilə biləcək.
Kaşqəvi vurğulayıb ki, gəmiçiliyin tənzimlənməsi zamanı sahilyanı dövlətlərin hüquq və suverenliyi nəzərə alınmalıdır. O qeyd edib ki, beynəlxalq hüquqla təsbit edilmiş gəmiçilik azadlığı ilə yanaşı, Hörmüz boğazının sahillərində yerləşən ölkələrin təhlükəsizliyi və suverenliyi də qorunmalıdır.
Komitə nümayəndəsi həmçinin xatırladıb ki, Oman 1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına qoşulduqdan sonra siyasi bəyanatla çıxış edərək, onun müddəalarının ölkənin milli suverenliyini və təhlükəsizliyini pozmamalı olduğunu vurğulayıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31