6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Zaxarova: "Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəslərin açıqlamaları Moskvanın rəsmi mövqeyini əks etdirmir"

19-avqust-2026, 05:44
Zaxarova: "Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəslərin açıqlamaları Moskvanın rəsmi mövqeyini əks etdirmir"
Yazı Ölçüsü:
"Azərbaycan hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilmiş Rusiya vətəndaşları İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayevin açıqlamaları Moskvanın Azərbaycana münasibətdə rəsmi mövqeyini əks etdirmir".
"PostMedia" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.
Zaxarova bildirib ki, həmin şəxslərin açıqlamaları “Azərbaycanla münasibətlərə dair Moskvanın yanaşmasını heç bir şəkildə əks etdirmir”.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri Moskvanın mövqeyinə əsasən, mövcud ikitərəfli müqavilə-hüquq bazası, ilk növbədə 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə əsasında inkişaf etdirilməlidir.
Zaxarova həmçinin qeyd edib ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən həmin şəxslərin beynəlxalq axtarışa verilməsi halında Rusiya onların qanuni hüquq və maraqlarını müdafiə etməyə hazırdır.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Baş Prokurorluğu Rusiyanın üç vətəndaşını “terrorçuluğa çağırışlar” ittihamı ilə İnterpol xətti ilə beynəlxalq axtarışa verib.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031