6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Abbas Əraqçi və Hakan Fidan Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

18-avqust-2026, 17:32
Abbas Əraqçi və Hakan Fidan Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər
Yazı Ölçüsü:
İran və Türkiyənin xarici işlər nazirləri Abbas Əraqçi və Hakan Fidan telefon danışığı aparıblar. Tərəflər regionda baş verən son hadisələri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
PostMedia” xəbər verir ki, Əraqçi türkiyəli həmkarına İran və Oman arasında gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsi üçün uyğun marşrutun hazırlanmasına yönəlmiş ikitərəfli danışıqların gedişi barədə məlumat verib.
İranın xarici işlər naziri Tehranın bu məsələ ilə bağlı birgə işi davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Tərəflər regionda davam edən diplomatik səyləri də müzakirə ediblər. Nazirlər vəziyyətə nəzarət etmək, gərginliyin daha da artmasının qarşısını almaq, eləcə də regionda sabitlik və təhlükəsizliyi gücləndirmək üçün siyasi və diplomatik təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, daha əvvəl Türkiyənin Anadolu agentliyi İran və Türkiyənin xarici işlər nazirləri arasında Hörmüz boğazının açılması ilə bağlı danışıqların aparıldığını bildirib.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31