6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Lavrov: "Yaponiya “ədəbli sərhədini keçib”, səfir XİN-ə çağırılıb, lakin gəlməyib"

18-avqust-2026, 10:46
Lavrov: "Yaponiya “ədəbli sərhədini keçib”, səfir XİN-ə çağırılıb, lakin gəlməyib"
Yazı Ölçüsü:

Yaponiya hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarından olan İturup adasına səfəri ilə bağlı açıqlamaları ilə “ədəblilik sərhədini keçib”.

"PostMedia" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Məlumatı “Kommersant” yayıb.

Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Moskvadakı səfirini XİN-ə çağırıb. Lakin səfir bildirib ki, nə avqustun 14-də, nə də 17-də nazirliyə gələ bilər.

Lavrov səfirin davranışının “təəccüb doğurduğunu” deyib.

“Ya Moskvada deyil, ya da özünü yaxşı hiss etmir... Əlbəttə, bu, təəccüb doğurur, çünki səfir özünün tükənməz enerjisi ilə tanınır. Hər halda, biz səfiri XİN-ə çağırmışıq, o, gəlməlidir və biz onunla... səfirin qəbul edən ölkədə öz fəaliyyətini necə qurmalı olduğu, onun qanunlarına hörmət etməsi barədə danışacağıq”, – Lavrov bildirib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31