6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Ukraynanın Türkiyədəki səfiri: “Krım Qarabağ kimi azad olacaq”

18-avqust-2026, 12:00
Ukraynanın Türkiyədəki səfiri: “Krım Qarabağ kimi azad olacaq”
Yazı Ölçüsü:
Türkiyədə Ukraynanın səfiri Nariman Cəlal Rusiyanın Krımı işğal etməsi, müharibənin gedişi və Ukrayna-Türkiyə münasibətləri ilə bağlı geniş açıqlamalar verib.
"PostMedia" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Diplomat bildirib ki, Ukrayna şəhərlərinin gündəlik bombardman edilməsinə və davam edən təzyiqlərə baxmayaraq, Kiyev ərazilərini geri qaytarmaq əzmindədir. O, Krımın gələcəyini Qarabağın azad edilməsi ilə müqayisə edərək beynəlxalq ictimaiyyətin və müttəfiqlərin dəstəyi ilə Ukraynanın qalib gələcəyinə və ədalətin bərpa olunacağına əminliyini ifadə edib.
Cəlal Krımda siyasi təzyiqlər məsələsinə də toxunub. Onun sözlərinə görə, yarımadada 300-dən çox siyasi məhbus var və onların 169-u Krım tatarlarıdır. Səfir bildirib ki, işğal hakimiyyəti yerli əhalinin yarımadadan sıxışdırılıb çıxarılması və məcburi ruslaşdırma siyasətini davam etdirir, eyni zamanda əsirlər və itkin düşən şəxslərlə bağlı məlumatları gizlədir.
Kiyevdə son bir ayını keçirdiyini bildirən diplomat Rusiyanın enerji infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə davamlı zərbələr endirdiyini deyib. Onun sözlərinə görə, yalnız iyul ayında Ukraynada 437 mülki şəxs həlak olub, 2,5 mindən çox insan yaralanıb.
Səfir Rusiyanın hərbi gəmiləri üçün Qara dəniz boğazlarının bağlanmasına və Ukraynanın müdafiə sənayesi müəssisələrinə göstərdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib. O, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın özünün Rusiya əsirliyindən azad edilməsində göstərdiyi dəstəyi xüsusi qeyd edib.
Cəlalın fikrincə, Moskvanın ambisiyaları Ukraynanın ələ keçirilməsi ilə məhdudlaşmır və lazımi qarşılığın verilməməsi Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üçün birbaşa təhlükə yaradır.
Diplomat Türkiyənin Avropa İttifaqına üzvlük perspektivinə də toxunub:
“Biz Avropa İttifaqına üzv olmaq niyyətimizi davam etdiririk. Qəbul etsələr, əladır, etməsələr də əladır. Avropa İttifaqı bizim üçün prioritet deyil, lakin biz daim Aİ-yə deyirik: uduzan siz olacaqsınız, Türkiyə yox”.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31