6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Netanyahu və Sülh Şurası Qəzza üçün iki işçi qrupunun yaradılması barədə razılığa gəlib

17-avqust-2026, 19:30
Netanyahu və Sülh Şurası Qəzza üçün iki işçi qrupunun yaradılması barədə razılığa gəlib
Yazı Ölçüsü:

İsrailin baş naziri Binyamin Netanyahu Sülh Şurası ilə Qəzza zolağı üçün iki işçi qrupunun yaradılması barədə razılığa gəlib. İsrail hökumətinin baş nazirlik ofisinin məlumatına görə, anklavda yenidənqurma işlərinə başlanmazdan əvvəl onun demilitarizasiyası başa çatdırılmalıdır.
"PostMedia" xəbər verir ki, bu barədə Netanyahu ilə ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner arasında Qüdsdə keçirilən görüşdən sonra İsrail baş nazirinin ofisi məlumat yayıb. Görüş zamanı Qəzzada demilitarizasiya və sonrakı yenidənqurma prosesinin təşkili məsələləri müzakirə olunub.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031