6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Nikol Paşinyan və komandası seçkilərə hazırlaşır - KİV

14-avqust-2026, 12:18
Nikol Paşinyan və komandası seçkilərə hazırlaşır - KİV
Yazı Ölçüsü:
Ermənistanın baş naziri Nikol Paşinyan və komandası payızda keçiriləcək yerli özünüidarəetmə seçkilərinə fəal şəkildə hazırlaşır.
PostMedia” xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Qəzetin məlumatına görə, hakimiyyət xüsusilə Stepanavan şəhərində qalib gəlməyi prinsipial məsələ hesab edir. Belə ki, parlament seçkilərində Samvel Karapetyanın komandası bu ərazidə hakimiyyəti böyük fərqlə məğlub edib.
“Hraparak” yazır ki, hakimiyyət artıq bir neçə ssenari hazırlayıb və onlardan birinin nəticədə uğurlu olacağına ümid edir.
Məlumata görə, Stepanavanın inzibati ərazisi genişləndiriləcək və Güləqarak, eləcə də Lori Berd icmaları ona birləşdiriləcək.
Qəzetə daxil olan məlumata görə, üç iri icmanın rəhbərləri hökumətə çağırılıb və onlarla seçki planı müzakirə edilib. Plana əsasən, hər üç icma rəhbərinin seçkilərdə namizəd olması nəzərdə tutulur.
Nəşrin yazdığına görə, hesablamalar müxtəlif icmalardan mümkün qədər çox səs toplamaq üzərində qurulub. Onlara bildirilib ki, namizədlərdən ən çox səs toplayan şəxs hakimiyyətin əsas namizədi olacaq və digər namizədlərin dəstəyi ilə icma rəhbəri seçiləcək.
Qəzet xatırladır ki, parlament seçkilərində bu əraziyə görə məsul şəxs Ermənistanın müdafiə naziri Suren Papikyan və onun ailəsi olub. Lakin seçkilərdəki məğlubiyyətin səbəblərini onlar Stepanavanın hazırkı şəhər rəhbərinin üzərinə atıblar. İddia olunub ki, şəhər rəhbəri keçmiş hakimiyyət nümayəndələri ilə əlaqələri bərpa edib və onların qələbəsi üçün lazımi səyləri göstərməyib.
Daha ətraflı məlumat qəzetin bugünkü sayında dərc olunub.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31