6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Rusiya XİN: Cənubi Kuril adalarının Rusiyaya məxsusluğu şübhə doğurmur

14-avqust-2026, 04:43
Rusiya XİN: Cənubi Kuril adalarının Rusiyaya məxsusluğu şübhə doğurmur
Yazı Ölçüsü:

Rusiyanın Cənubi Kuril adaları üzərində suverenliyi və yurisdiksiyası şübhə doğurmur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

PostMedia” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Diplomat bu sözlərlə Yaponiyanın Baş naziri Sanae Takaiçinin Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərini qəbuledilməz adlandırması və ərazinin Yaponiyaya məxsus olduğunu yenidən bəyan etməsini şərh edib.

Zaxarova vurğulayıb ki, Cənubi Kuril adaları İkinci Dünya müharibəsinin nəticələrinə əsasən SSRİ-nin tərkibinə daxil olub. Onun sözlərinə görə, müvafiq qərarlar müttəfiq dövlətlər arasında əldə olunan razılaşmalarda və BMT Nizamnaməsində təsbit olunub.

“Onlar üzərində Rusiyanın suverenliyi və yurisdiksiyası şübhə doğurmur”, – deyə Rusiya XİN nümayəndəsi bildirib.

Yaponiya isə İturup, Kunaşir, Şikotan və Habomai adalarını özünün “Şimal əraziləri” hesab edir. Adalarla bağlı ərazi mübahisəsi Moskva ilə Tokio arasında sülh müqaviləsinin imzalanmasına əsas maneələrdən biri olaraq qalır.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31