6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Lavrov: "Türkiyə Aİ-yə heç vaxt qəbul edilməyəcəyini anlayır"

14-avqust-2026, 15:04
Lavrov: "Türkiyə Aİ-yə heç vaxt qəbul edilməyəcəyini anlayır"
Yazı Ölçüsü:

Türkiyə həm NATO üzvü, həm də Avropa İttifaqı ilə münasibətləri olan ölkə olmaq istəyir, baxmayaraq ki, daxilən onun heç vaxt Aİ-yə qəbul edilməyəcəyini anlayır.

"PostMedia" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “VGTRK” telekanalına müsahibəsində Moskvanın Ukrayna məsələsində Ankaraya vasitəçi kimi güvənib-güvənə bilməyəcəyi ilə bağlı suala cavabında bildirib.

Lavrovun sözlərinə görə, Ankara Rusiya ilə yaxşı münasibətlər qurmaq istəyir, çünki “çoxsaylı iqtisadi layihələrimiz, tariximizdə çoxlu ortaq məqamlar – Qafqaz, Qara dəniz var”.

“Türkiyədə Qara dənizin sabit olmasında səmimi maraqlıdırlar. Hazırda türk tərəfdaşlarımız yenidən bildirirlər ki, naviqasiyanın hücumların hədəfinə çevrilməməsi üçün hansısa razılığa gəlmək lazımdır. Lakin buna biz başlamamışıq. Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatı Türkiyənin yük gəmisinə, tankerinə və ya mülki gəmisinə zərbə endirəndə, həmin pilotsuz uçuş aparatları Xəzər dənizində Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna dəfələrlə hücum edəndə, Amerika şirkətləri “Chevron” və “ExxonMobil”lə əlaqəli gəmilərə birbaşa zərbələr endirəndə nə Türkiyə, nə də ABŞ açıq şəkildə ukraynalı terrorçuların bu hərəkətlərinin qəbuledilməz olduğunu bəyan edir”, – deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi bu məsələdə Türkiyə və ABŞ-nin mövqeyini soruşduqda, onlara Ukraynaya müvafiq mesajların çatdırıldığı bildirilib.

“Biz soruşduq ki, buna dözəcəklərmi? Onlar cavab verdilər ki, xeyr, onlara siqnallar göndərirlər. Görünür, Xəzər Boru Kəməri Konsorsiumu məsələsi ilə bağlı ABŞ vitse-prezidenti Cey Di Vens V. A. Zelenskiyə hansısa siqnal göndərib. Türklər də bizə bildirdilər ki, onlar da ukraynalılara buna toxunmamaq lazım olduğunu deyiblər. Amma hamı açıq şəkildə susur. Bu da çox şeydən xəbər verir”, – deyə Rusiya XİN rəhbəri qeyd edib.

Lavrovun sözlərinə görə, bu çağırışlara cavab olaraq Ukrayna tərəfi zərbələri tamamilə dayandıracağına dair vəd verməyib.

“Görünən məlumatlara əsasən, V. A. Zelenskinin rejimi Rusiya Federasiyası ilə əlaqəsi olmayan gəmilərə hücumları dayandıracağını vəd edib. Görünür, bu izahat qəbuledilən hesab olunub”, – deyə o əlavə edib.

Lavrov Türkiyə ilə Rusiya arasında geniş gündəliyin olduğunu vurğulayıb.

“Düşünürəm ki, NATO üzvlüyü və Avropa İttifaqı ilə müəyyən münasibətlərdən qaynaqlanan ‘şleyflər’ qaçılmazdır”, – deyə Rusiya XİN rəhbəri bildirib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31