6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Ermənistanın Hərbi Polis rəisi Aşot Zakaryan istefa ərizəsi verib

13-avqust-2026, 14:49
Ermənistanın Hərbi Polis rəisi Aşot Zakaryan istefa ərizəsi verib
Yazı Ölçüsü:

Ermənistan Hərbi Polisinin rəisi Aşot Zakaryan vəzifəsindən azad olunması üçün ərizə təqdim edib.

“PostMedia” xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Aşot Zakaryan Şirak vilayətində anadan olub və Birinci Qarabağ müharibəsində iştirak edib. 2008-ci il prezident seçkiləri zamanı Levon Ter-Petrosyanın Gümrüdəki seçki qərargahının məsul şəxsi olub.

Zakaryan 2020-ci ildən Hərbi Polis rəisi vəzifəsini tutur. Son 6 il ərzində onun vəzifədən gedəcəyi ilə bağlı bir neçə dəfə məlumat yayılsa da, vəzifəsində qalıb.

O, Ermənistan parlamentinin Müdafiə komissiyasının keçmiş sədri Andranik Koçaryanın dostu kimi tanınır. 

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031