6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Paşinyan: "Alternativ formalaşana qədər həm Aİ, həm də Aİİ bizə eyni dərəcədə lazımdır"

13-avqust-2026, 14:11
Paşinyan: "Alternativ formalaşana qədər həm Aİ, həm də Aİİ bizə eyni dərəcədə lazımdır"
Yazı Ölçüsü:

“Alternativlər formalaşdırmaqla bağlı öhdəliyimizi yerinə yetirənə və xalqımız onlardan hər hansı birinin lehinə seçim edənə qədər həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqı bizə eyni dərəcədə lazımdır”.

PostMedia” xəbər verir ki, Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan üçün nə Aİ, nə də Aİİ ilə məhdudlaşan seçim mövcuddur. Onun sözlərinə görə, üçüncü variant da mümkündür və Ermənistan heç bir inteqrasiya blokuna qoşulmamaq qərarı verə bilər.

“Əlbəttə, iki variantdan danışırıq, amma üçüncü seçim də var: nə Aİİ, nə də Aİ. Kim deyib ki, hamı mütləq harasa getməlidir? Üçüncü variant da ola bilər”, – Paşinyan deyib.

Ermənistanın baş naziri bildirib ki, məsələ ayrı-ayrı siyasətçilərin açıqlamalarına verilən reaksiyadan daha genişdir. Onun sözlərinə görə, problem Aİİ-yə üzv bəzi ölkələrdə Ermənistanla bağlı formalaşmış dərin və institusional yanaşmadadır.

Paşinyan hesab edir ki, bu yanaşmanın formalaşmasına Ermənistanın uzun müddət Azərbaycan və Türkiyə ilə münaqişələr şəraitində olması təsir edib. Onun sözlərinə görə, bu vəziyyət Ermənistana alternativsiz ölkə kimi yanaşılmasına səbəb olub.

“Qarabağ münaqişəsi var, Azərbaycanla münaqişə var, Türkiyə ilə münaqişə var, bu düşmənçiliklər keçilməzdir, deməli, onların qaçmağa yeri yoxdur. Onlarla necə istəyiriksə, elə də davrana bilərik” düşüncəsi formalaşıb”, – Ermənistanın Baş naziri bildirib.

Paşinyan vurğulayıb ki, hazırda sülh şəraitində bu məsələlərin müzakirəyə çıxarılması təsadüfi deyil. O, daha əvvəl Qarabağ məsələsini Ermənistan üçün “rıçaq”, “ip” və “tələ” adlandırarkən məhz bu vəziyyəti nəzərdə tutduğunu deyib.

Onun sözlərinə görə, Ermənistan xalqının uzun müddət real seçim imkanları olmayıb, çünki ölkə müxtəlif “tələlərə” yönəldilib.

“İndi biz Ermənistan xalqı üçün alternativlər yaratmaq istəyirik ki, xalq özü seçim etsin. Aİİ-ni seçərsə, Aİİ-də olacağıq, Aİ-ni seçərsə, Aİ-də olacağıq. Amma bu seçim yetişmiş seçim olmalıdır”, – Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, hazırda Ermənistan üçün başqa alternativlər də mövcuddur və bu, ölkənin Cənubi Qafqazda “ucqar ərazi” deyil, kəsişmə nöqtəsi olduğunu göstərir.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31