6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Gürcüstan-Rusiya sərhəddi bağlandı

13-avqust-2026, 17:28
Gürcüstan-Rusiya sərhəddi bağlandı
Yazı Ölçüsü:
Gürcüstan-Rusiya sərhədində yerləşən “Dariali” keçid məntəqəsində mümkün təbii fəlakətlə bağlı erkən xəbərdarlıq avtomatik sistemi işə düşüb. Bundan sonra keçid məntəqəsinin bütün əməkdaşları ərazidən təxliyə edilib.
PostMedia” xəbər verir ki, Bu barədə “Novosti-Gruziya” məlumat yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, ərazidən patrul və sərhəd polisi əməkdaşları, gömrükçülər, eləcə də özəl şirkətlərin işçiləri çıxarılıb.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti gömrük prosedurlarının tam dayandırıldığını açıqlayıb. Müvəqqəti olaraq həm yüklərin idxalı və ixracı, həm də insanların dövlət sərhədindən keçidi dayandırılıb.
Hakimiyyət, həmçinin profilaktik tədbir olaraq Qveleti kəndi yaxınlığında bütün növ nəqliyyat vasitələrinin hərəkətini hər iki istiqamətdə tamamilə məhdudlaşdırıb.
Devdoraki çayının dərəsində quraşdırılmış xəbərdarlıq sistemi suyun səviyyəsindəki dəyişikliklərə reaksiya verir. Siqnalın işə düşməsinin dəqiq səbəbləri hələ müəyyənləşdirilir.
Hakimiyyət bildirib ki, risklər azaldıqdan və təbii fəlakət təhlükəsi aradan qalxdıqdan sonra keçid məntəqəsinin fəaliyyəti tam bərpa olunacaq.
Qeyd edək ki, meteoroloqlar daha əvvəl avqustun 13–15-də Gürcüstanda hava şəraitinin kəskin pisləşəcəyi barədə xəbərdarlıq ediblər.
Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31