Gürcüstan Azərbaycan və Türkiyə ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsini vacib hesab edir.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələri, o cümlədən nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığı daha da gücləndirmək son dərəcə vacibdir. Biz bunun üçün hər şeyi edir və bundan sonra da etməyə davam edəcəyik. Azərbaycanın, eləcə də Türkiyənin bizə münasibətdə çox yaxşı dinamikası var və, əlbəttə, bu istiqamətdə fəal şəkildə işləməyə davam edəcəyik”, – Kobaxidze bildirib.