—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Parlament xəbərləri

Azərbaycanda bir çox banklar isə öz vəzifələrini ümumiyyətlə vicdansızcasına yerinə yetirirlər - Deputat

02-fevral-2026
Turan Hüseynli
Azərbaycanda bir çox banklar isə öz vəzifələrini ümumiyyətlə vicdansızcasına yerinə yetirirlər - Deputat
Yazı Ölçüsü:

"Azərbaycanda bir çox banklar isə öz vəzifələrini ümumiyyətlə vicdansızcasına yerinə yetirirlər".
"PostMedia" xəbər verir ki, bunu deputat Qüdrət həsənquliyev deyib.
Onun sözlərinə görə, vətəndaşları aldadırlar: "Bu yaxınlarda bir hadisənin şahidi oldum: bir neçə banka vətəndaşı aldadaraq pul ödətdirirlər. Bankların biri çox vicdanlı davranaraq həmin vəsaiti dərhal xarici ölkəyə köçürmür, o birisi isə dərhal köçürür. Halbuki biz cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun qəbul eləmişdik və orada qeyd eləmişdik ki, 20.000 manatdan artıq vəsaitlərlə bağlı əməliyyatlar keçirilirsə, müvafiq orqanlar, maliyyə monitorinqinə nəzarət keçirən orqanlar buna nəzarət eləməlidir."
O qeyd edib ki, "Banklar haqqında" qanunun 41-ci maddəsində biz bank sirri barədə danışırıq: "Hörmətli sədr, bu günlərdə Baş Prokurorluq tərəfindən də belə məlumat yayıldı ki, kibertalana məruz qalma riskləri böyükdür və insanlar son dərəcə ehtiyatlı olmalıdır. Amma bu ehtiyatlılıq özünü nədə ehtiva eləyir, bu barədə geniş ictimaiyyətə məlumat verilmir və çox təəssüf ki, banklar da bu istiqamətdə heç bir addım atmırlar."
​"​Mən özüm də bank hesabı açmışam və heç vaxt demirlər ki, "bax, siz kibercinayətkarlığın qurbanı ola bilərsiniz, bu kimi addımlar atılsın". Bir hər halda bukletlər paylanıla bilər insanlara onlar bank hesabı açanda. İndi mətbuatı hamı izləyə bilmir, hər adam bu barədə məlumatsızdır.
​Çox təəssüf ki, o cinayətkarlar adi bir dələduzlar deyillər. Onların içərisində keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları var, bankirlər var və bank əməliyyatlarını çox dəqiq bilirlər; insanları necə aldatmaq olar, o barədə çox məlumatlıdırlar. Bəzi təhlükəsizlik orqanlarının əməkdaşları var və bunlar hətta, məndə olan məlumatlara görə, bizə dost olan, kömək elədiyimiz ölkələr üzərindən belə bu işlər görülür və həmin ölkələrin xüsusi xidmət orqanlarının da bu işlərdə əli var. Ona görə də çoxlu sayda vətəndaşlarımız bu cinayətlərin qurbanı olur."-O qeyd edib.

Kateqoriyalar