İranın ali lideri Müctəba Xameyni general Əli Abdollahini ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib.
“PostMedia” xəbər verir ki, bundan əvvəl İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahına rəhbərlik edən Abdollahinin müavini vəzifəsinə daha əvvəl ordu quru qoşunlarının baş komandanı olmuş Kiyumərs Heydəri təyin edilib.
Xameneinin fərmanında Abdollahinin əvvəlki fəaliyyətinin və hərbi təcrübəsinin nəzərə alındığı bildirilib.
Qeyd edək ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdürrəhim Musəvi fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının ilk günündə SEPAH-ın baş komandanı Məhəmməd Pakpur, müdafiə naziri Əziz Nəsirzadə və Müdafiə Şurasının katibi admiral Əli Şamxani ilə birlikdə həlak olub.