N/A°C Bakı
1$ = 1.70₼
Şou

“Oskar” kino mükafatı artıq TV-də yayımlanmayacaq

17-dekabr-2025
Turan Hüseynli
“Oskar” kino mükafatı artıq TV-də yayımlanmayacaq
Yazı Ölçüsü:
2029-cu ildən etibarən Amerika Kino Akademiyasının “Oskar” mükafatının təqdimetmə mərasimi televiziya ilə yayımlanmayacaq yayım tamamilə "YouTube" platformasına keçəcək.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Kino Sənəti və Elmləri Akademiyası məlumat verib.
Açıqlamaya görə, Akademiya və "YouTube" arasında uzunmüddətli saziş imzalanıb. Saziş çərçivəsində videoplatforma 2029-cu ildə keçiriləcək 101-ci mərasimdən başlayaraq 2033-cü ilədək “Oskar” mərasiminin canlı yayımı üzrə eksklüziv qlobal hüquqları əldə edəcək. Gözlənilir ki, bu addım mərasimin dünyada 2 milyarddan çox tamaşaçı üçün canlı və pulsuz əlçatan olmasını təmin edəcək.
2028-ci ilədək isə “Oskar”ın yayımı əvvəlki kimi Disney-ə məxsus ABC telekanalında davam edəcək.
Növbəti “Oskar” mükafatlarının təqdimetmə mərasimi 15 mart 2026-cı il tarixində, ABŞ-ın Sakit okean vaxtı ilə saat 19:00-da (Moskva vaxtı ilə 16 mart saat 02:00-da) keçiriləcək. Tədbirin aparıcısı yenidən amerikalı komediyaçı Konan O’Brayen olacaq.
Kateqoriyalar