6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Şou

Tanınmış müğənninin konsertində tamaşaçı yatdı - "Laylay albom"u çıxaracağını bildirdi

25-noyabr-2025, 19:18
Tanınmış müğənninin konsertində tamaşaçı yatdı - "Laylay albom"u çıxaracağını bildirdi
Yazı Ölçüsü:
Amerikalı müğənni Nikol Şerzinger son konsertində baş verən gözlənilməz anı yumorla qarşılayıb.
"PostMedia "əxəbər verir ki, noyabrın 23-də Los-Ancelesdəki "Walt Disney Concert Hall"da etdiyi çıxışdan sonra o, "Instagram"da bir video paylaşıb.
Kadrlarda ilk sırada oturan bir tamaşaçının dərin yuxuya getdiyi görünür.
Qısa videoda eynəkli kişi kresloda arxaya söykənərək, ağzı açıq şəkildə mürgüləyir – elə həmin anda Şerzinger səhnədə ifasını səsləndirir.
Şerzinger video üzərində belə yazıb:
“Gözləyin… bu, mənim beşik mahnıları (laylay) albomu çıxarmalı olduğumun işarəsidir?”
O, bu zarafatı postun açıqlamasında da təkrarlayıb: “Beşik mahnıları albomu tezliklə gəlir”.
Video sosial şəbəkələrdə sürətlə yayılıb. Həm fanatlar, həm də bir sıra məşhurlar şərhlər bölümündə müğənninin zarafatına qoşularaq onun “gecə rahat yatmağa kömək edən mahnılar” ideyasına dəstək göstəriblər.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31