6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Şou

Mabel Matiz ifadə verib

22-sentyabr-2025
Mabel Matiz ifadə verib
Yazı Ölçüsü:

Türkiyəli tanınmış müğənni Mabel Matiz ifadə verib.
PostMedia” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Məşhur müğənni Mabel Matiz-in “Perperişan” adlı mahnısı ilə bağlı başlatılan istintaq çərçivəsində o, ifadə vermək üçün İstanbul Ədliyyəsinə gedib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ailə və Sosial Xidmətlər Nazirliyi mahnının “ictimai asayişə və ümumi sağlamlığa zidd olduğu” səbəbi ilə ona girişin məhdudlaşdırılması barədə müraciət etmişdi. Ardınca isə Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq müğənni barəsində Türk Cinayət Məcəlləsinin 226-cı maddəsi üzrə İstanbul Baş Prokurorluğuna şikayət təqdim edildiyini bildirmişdi.
Bu gün Mabel Matiz ifadə vermək üçün İstanbul Ədliyyə Sarayına gəlib. Onun polis müşayiəti ilə binaya daxil olması “Həbs qərarı varmı?” suallarını gündəmə gətirsə də, Baş Prokurorluq açıqlama yayaraq hər hansı bir həbs qərarının olmadığını, yalnız ifadəsinin alınacağını bildirib.
Matiz ifadə verdikdən sonra ədliyyədən ayrılıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930