Fransalı model və dizayner Tilayn Blondo (Thylane Blondeau) uşaqlıqdan ona verilən “dünyanın ən gözəl qızı” ləqəbi ilə tanınan model, nişanlandığını açıqlayıb.
"PostMedia" xəbər verir ki, onun nişanlısı fransız DJ Ben Attaldır. O, romantik evlilik təklifini Afinanın Riviersında – Aralıq dənizinin ən gözəl sahillərindən birində edib.
Təklif Yunanıstandakı dəbdəbəli beşulduzlu "Four Seasons Astir Palace Hotel Athens" otelində baş tutub. Burada otaqların qiyməti gecəlik təxminən 600 funt sterlinqdən başlayır. Kurort Egey dənizinə açılan panoramik mənzərələri və sakit, təcrid olunmuş çimərlik atmosferi ilə məşhurdur.
24 yaşlı model sosial şəbəkələrdə nişan üzüyünü göstərən bir neçə foto paylaşıb. Üzük qızıl halqa üzərində yerləşən oval formalı brilyantdan ibarətdir. O, paylaşımına belə yazıb:
“Ən yaxşı dostuma "hə" dedim. İndi isə – əbədi.”
Fotolardan görünür ki, Attal təklifi diqqətlə planlaşdırıb: mavi səma fonunda səpələnmiş qırmızı qızılgül ləçəkləri, qonaqlar üçün Mişelin səviyyəli şam yeməyi və təpə üzərində dənizə açılan kinomatik mənzərə romantik atmosfer yaradıb.
Nyu-Yorklu zərgər və gemoloq Benyamin Xordipur bildirib ki, üzüyün mərkəzindəki daş təxminən iki karat çəkisindədir və oval kəsimlidir. Onun sözlərinə görə, üzüyün dəyəri təxminən 45 min dollar civarındadır.
Nişan xəbəri Blondeaunun altı milyondan çox izləyicisi üçün sürpriz olub. Model və Ben Attal təxminən altı ildir münasibətdədirlər, lakin şəxsi həyatlarını çox nümayiş etdirmirlər. DJ nadir hallarda modelin sosial şəbəkələrində görünür. Buna baxmayaraq, cütlük müxtəlif romantik səfərlərdə, o cümlədən **Saint-Tropez**də birlikdə görüntülənib.
Tilayn Blondonu çox erkən yaşda məşhurlaşıb. Onu üç yaşında Şanz-Elize prospektində əfsanəvi modelyer Jan Paul Qilterin agenti kəşf edib. Dörd yaşında artıq podiuma çıxıb, on yaşında isə "Vogue Paris" jurnalında görünən ən gənc model olub.
Həmin dövrdə o, “dünyanın ən gözəl qızı” titulunu qazanmışdı. Daha sonra isə "Dolce & Gabbana", "Versace", "Ralph Lauren", "Hugo Boss" və "L'Oréal Paris" kimi böyük moda brendləri ilə əməkdaşlıq edib.