6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Şou

Britni Spirs Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etmək şübhəsi ilə saxlanılıb

06-mart-2026
Türkan Nəbi
Britni Spirs Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etmək şübhəsi ilə saxlanılıb
Yazı Ölçüsü:
Amerikalı pop müğənnisi Britni Spirs Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etmək şübhəsi ilə saxlanılıb. "PostMedia" xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, hadisə çərşənbə axşamı axşam baş verib. Saat 03:00 radələrində 44 yaşlı müğənni polis bölməsinə aparılıb və hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Mənbələrdən birinin sözlərinə görə, Spirs çox həyəcanlı olub və dindirilmə zamanı bir neçə dəfə ağlayıb, lakin günahını etiraf edib.
Polisin məlumatına görə, müğənni səhər saatlarında həbsdən azad edilib. İş üzrə məhkəmə iclası mayın 4-nə təyin olunub. Azadlığa buraxıldıqdan demək olar ki, dərhal sonra Spirs heç bir izahat vermədən "Instagram" səhifəsini silib.
Müğənninin nümayəndəsi "Page Six" nəşrinə bildirib ki, baş verən hadisə “uğursuz və bağışlanmazdır”. Onun sözlərinə görə, Spirs qanun çərçivəsində hərəkət etmək niyyətindədir və ümid edir ki, bu hadisə həyatında ciddi dəyişikliklərə səbəb olacaq. Nümayəndə həmçinin qeyd edib ki, müğənninin oğulları anası ilə daha çox vaxt keçirməyi və onun rifahına diqqət yetirməyi planlaşdırırlar.
KİV-in məlumatına görə, müğənni ötən payız da oxşar hadisə ilə gündəmə gəlib. Şahidlərin sözlərinə əsasən, Spirs avtomobili nizamsız idarə edib, demək olar ki, dostunu vurmaq üzrə olub və təhlükəli vəziyyət yaradıb. Hadisənin videosu sürətlə internetdə yayılıb və bir çox istifadəçidə müğənninin spirtli içkinin təsiri altında olduğu barədə şübhələr yaranıb. Lakin Spirs bu ittihamları təkzib edərək bildirib ki, avtomobili onun “dubloru” idarə edib.
Kateqoriyalar