N/A°C Bakı
1$ = 1.70₼
Şou

Cennifer Lopesin Ermənistandakı konserti ilə bağlı maliyyə hesabatı araşdırılır

07-yanvar-2026
Türkan Nəbi
Cennifer Lopesin Ermənistandakı konserti ilə bağlı maliyyə hesabatı araşdırılır
Yazı Ölçüsü:

Cennifer Lopesin Yerevanda keçirilən konserti ilə bağlı maliyyə hesabatı hazırda araşdırma mərhələsindədir.

"PostMedia" xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib.

Onun sözlərinə görə, araşdırmanın nəticələri yaxın vaxtlarda açıqlanacaq.

Nazir qeyd edib ki, maliyyə hesabatının yekunlarına əsasən müqavilə çərçivəsində nə qədər vəsait xərcləndiyi və hansı məbləğin dövlət büdcəsinə geri qaytarılmalı olduğu aydın olacaq.

Xatırladaq ki, Ermənistan hökuməti pop ulduzun konsertinin təşkili üçün dövlət büdcəsindən 6 milyon dollar vəsait ayırmışdı. Eyni zamanda Maliyyə Nazirliyi bu tədbirdən sonra büdcəyə nə qədər vəsaitin qayıdacağını əvvəlcədən hesablamadığını açıqlamış, Dövlət Gəlirləri Komitəsinə müraciət etməyi tövsiyə etmişdi. Komitə isə bildirib ki, bu cür tədbirlərin iqtisadi təsirini qısa müddətdə qiymətləndirmək çətindir və vergi daxilolmaları zamanla formalaşır.

Andreasyan vurğulayıb ki, nazirliyin siyasəti özəl sektorla əməkdaşlıq edərək Ermənistanda beynəlxalq ulduzların konsertlərini təşkil etməkdir və bu, turizmin inkişafına töhfə verməlidir.

Qeyd edək ki, Cennifer Lopes turne çərçivəsində Qazaxıstan, Ermənistan və Özbəkistanda çıxış edib. Rəsmi məlumatlara görə, Astanada və Almatıda keçirilən konsertlər büdcəyə 1,6 milyon dollar, Daşkənddə isə 3,3 milyon dollar vergi daxilolması gətirib. Ermənistan isə bu ölkələrdən fərqli olaraq, tədbirin təşkili üçün dövlət büdcəsindən 6 milyon dollar xərcləyib.

Kateqoriyalar