Məşhur müğənni Enrike İqlesias və keçmiş tennisçi Anna Kurnikova 4-cü dəfə valideyn olublar.
"PostMedia" xəbər verir ki, 44 yaşlı Kurnikova və 50 yaşlı İqlesias körpənin cinsiyyətini və adını açıqlamasalar da, tennisçi "Instagram"da uşağın fotosunu paylaşıb və körpənin dekabrın 17-də doğulduğunu qeyd edərək "Mənim günəş işığım" yazıb.
Kurnikova və İqlesias 2001-ci ildə müğənninin "Escape" klipinin çəkilişləri zamanı tanış olublar və o vaxtdan bəri birlikdədirlər.
Cütlük ilk dəfə 2017-ci ildə əkizləri dünyaya gəldikdə valideyn olublar. 2020-ci ildə isə onların üçüncü övladı doğulub.
Annanın dördüncü hamiləliyi barədə 2025-ci ilin avqust ayında məlum olmuşdu.
