6°C Bakı
1$ = 1.70₼
MƏDƏNİYYƏT

Minskdə keçirilən “Evraziya.DOC” festivalında Azərbaycan filmləri nümayiş olunur

Minskdə keçirilən “Evraziya.DOC” festivalında Azərbaycan filmləri nümayiş olunur
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Belarusun paytaxtı Minskdə keçirilən “Evraziya.DOC” festivalında Azərbaycan filmləri nümayiş olunur.
"PostMedia" xəbər verir ki, Minskdə MDB ölkələrinin IX “Евразия.DOC” sənədli kino festivalı başlayıb. Festivalın müsabiqə proqramına 35 film daxil edilib. Burada Azərbaycan rejissorlarının da işləri nümayiş olunur.
Tədbir çərçivəsində MDB məkanında mədəni inteqrasiyanın gücləndirilməsi, gənc sənədli film müəlliflərinin dəstəklənməsi və təcrübə mübadiləsi məqsədi ilə diskussiyalar, görüşlər və təqdimatlar keçirilir.
Festival direktoru Valeri Şexovtsov bildirib ki, bu il 350-dən çox film təqdim olunub, onların sırasında Azərbaycan istehsalı olan filmlər də var.
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30