6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MƏDƏNİYYƏT

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalında - FOTOLAR

05-may-2025, 08:29
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalında - FOTOLAR
Yazı Ölçüsü:

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ilə birlikdə İçərişəhərdəki Qoşa Qala meydanında təşkil olunan Beynəlxalq Xalça Festivalına qatılıblar.

"PostMedia" bildirir ki, onlar festivalda təqdim edilən xalça nümunələri, ənənəvi sənət əsərləri, müxtəlif ölkələrin milli tətbiqi-dekorativ sənət nümunələrinin nümayiş olunduğu pavilyonları ziyarət ediblər.

Leyla Əliyeva və Arzu Əliyeva həmçinin xalçaların hazırlanma mərhələlərinə də baxıblar. Bildirilib ki, bu mərhələlər yunların çeşidlənməsi, təmizlənməsi, təbii boyalarla rənglənməsi, sapların hazırlanması, naxışların yaradılması və toxunmasından ibarətdir. Daha sonra onlar festival iştirakçıları ilə səmimi söhbətlər aparıb, xatirə şəkilləri çəkdiriblər.

 

 

 

 

 

 

 

 

 


 

 

 

 


 

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31