6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MƏDƏNİYYƏT

Tarixi Azərbaycan məscidində İran generalının fotosərgisi keçirilib

06-yanvar-2026, 16:55
Tarixi Azərbaycan məscidində İran generalının fotosərgisi keçirilib
Yazı Ölçüsü:
İran generalı Qasım Süleymaninin qətlə yetirilməsinin ildönümü münasibəti ilə İrəvan Göy Məscidində fotosərgi keçirilib.
"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.
Tədbirdə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami və bir sıra rəsmi şəxslər iştirak edib.
X.Şirqolami deyib ki, Qasım Süleymani insanlar arasında dini fərq qoymadan onların azad olunması üçün mübarizə aparıb:
"O, dağıdılmış kilsələrdə Müqəddəs Məryəm Ananın təsvirini təmizləyir və ona ehtiram göstərirdi. Bu gün isə biz burada sülh və təhlükəsizlik rəmzi olan həmin qəhrəmanı anır və ucaldırıq".
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031