6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SƏNAYE-İNFRASTRUKTUR

Səfir: "TRIPP-in təməlqoyma mərasimi 2027-ci ilin əvvəlində keçiriləcək"

02-oktyabr-2026, 12:25
Səfir: "TRIPP-in təməlqoyma mərasimi 2027-ci ilin əvvəlində keçiriləcək"
Yazı Ölçüsü:

“Planlaşdırılan işlərə gəlincə, deyə bilərəm ki, kifayət qədər sürətli templə irəliləyirik”.

"PostMedia" xəbər verir ki, bunu bu gün, oktyabrın 2-də jurnalistlərlə söhbətində Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan TRIPP layihəsinə toxunarkən bildirib.

“Bir il ərzində proqramın nə qədər irəlilədiyinə, hansı inkişafın qeydə alındığına nəzər salsaq, deməliyəm ki, belə miqyaslı proqram üçün kifayət qədər böyük nəticələr əldə etmişik. Bilirsiniz ki, hazırda bir araşdırma aparılır. Hesab edirəm ki, qarşıdakı bir-iki ay ərzində yekunlaşdırılacaq və bundan sonra, artıq 2027-ci ilin əvvəlində, real addımları görmək mümkün olacaq.

Proqramın çoxsaylı istiqamətləri var. Onun araşdırması hazır olmayana və həmin araşdırmadan irəli gələn müxtəlif fəaliyyət mərhələləri müəyyənləşməyənədək işləri həyata keçirmək mümkün olmayacaq. Məsələn, adi bir binanın tikintisi üçün layihənin hazırlanmasına və smeta hesablamalarına nə qədər vaxt lazım olduğunu təsəvvür edin. İndi təsəvvür edin ki, burada nə qədər çox istiqamət və mərhələ var. Bu araşdırmanın aparılması sifariş edilib, bilirsiniz ki, bunu Amerikanın AECOM şirkəti həyata keçirir. Tezliklə nəticələr əldə olunacaq və qiymətləndirmə aparılacaq, bundan sonra isə artıq praktiki mərhələyə keçiləcək.

Bundan əvvəl bütün formal prosedurlar, “TRIPP Development Company”nin qeydiyyatı, Amerika maliyyə qurumları ilə iş və bunun bütün detalları... bütün mərhələlərdən artıq keçmişik. Həm bizim tərəfdən çoxsaylı nümayəndə heyətləri Vaşinqtona səfər edib, həm də Vaşinqtondan müxtəlif qurumlararası görüşlər keçirilib. İndi artıq proqram yetkinləşib və praktiki icra mərhələsinə çatıb. Hesab edirik ki, gələn ilin əvvəlində təməlqoyma mərasimini keçirmək mümkün olacaq”, — deyə o bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031