6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SƏNAYE-İNFRASTRUKTUR

İranlı ekspert: "İrana TRIPP məsələsində Ermənistandan açıq təminatlar lazımdır, sadəcə vədlər yox"

25-sentyabr-2026, 19:21
İranlı ekspert: "İrana TRIPP məsələsində Ermənistandan açıq təminatlar lazımdır, sadəcə vədlər yox"
Yazı Ölçüsü:

İranın şimal sərhədi boyunca rəqiblərinin və düşmənlərinin mövcudluğundan narahat olması tamamilə təbiidir.

"PostMedia" xəbə verir ki, bunu Tehranda fəaliyyət göstərən Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş direktoru, uzun illər İran Xarici İşlər Nazirliyində çalışmış iranlı ekspert Əlirza Xoda Qolipur “NEWS.am”ın “Güc amili” proqramının efirində Sünikdə yaradılması nəzərdə tutulan Tramp marşrutu (TRIPP) ilə bağlı Tehranın narahatlıqlarına və bunun səbəblərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İran rəhbərliyi TRIPP-in arxasında uzaq perspektivli və ölkənin təhlükəsizliyinə təhdid yaradan məqsədlər görür.

“Əgər onlar səmimidirlərsə və bu layihəni regionda sabitlik, rifah və inkişafı təmin etmək, region ölkələrinin problemlərini həll etmək kimi müsbət məqsədlərlə həyata keçirmək istəyirlərsə, bunu alqışlamaq olar. Amma bunun onların əsl niyyəti olduğuna şübhə edirəm.

ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən təcavüzdən sonra İranın təhdidlərə münasibəti dəyişib, təhlükəsizliklə bağlı narahatlıqlarımız daha da dərinləşib. Buna görə də İranın sərhədləri yaxınlığında rəqiblərinin və düşmənlərinin mövcudluğundan narahat olması tamamilə təbiidir. İran bunu qəbul və ya tolere edə bilməz. Əgər İranın təhlükəsizliyini təhdid edəcək hər hansı bir hadisə baş verərsə, biz buna cavabsız qalmayacağıq”, – deyə iranlı ekspert bildirib.

İranın narahatlıqlarının Ermənistan hökumətinin TRIPP-in həyata keçirilməsi zamanı İrana heç bir təhlükə yaranmayacağı ilə bağlı davamlı təminatlarına baxmayaraq, niyə hələ də aradan qalxmadığı sualına cavab verən Qolipur bildirib ki, onlara sadəcə şifahi vədlər deyil, konkret təminatlar lazımdır.

“Bizə təminatlar lazımdır. Sizin də qeyd etdiyiniz kimi, Ermənistan hökuməti dəfələrlə İran tərəfinə təminat verib ki, üçüncü tərəflərin öz ərazisindən İrana və ya regionun hər hansı digər ölkəsinə qarşı istifadə etməsinə imkan verməyəcək. Bu, tamamilə təbiidir və buna görə çox minnətdarıq. Lakin bunun əsasında təminatlar olmalıdır”, – deyə o bildirib.

Qolipur vurğulayıb ki, nə baş verməsindən asılı olmayaraq, İran regionun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsini qəbul etməyəcək.

“İran İranla Ermənistan arasındakı əlaqənin qarşısının alınmasını, dəyişdirilməsini və ya kəsilməsini qəbul etməyəcək. Mən Ermənistanla aramızda olan 44 kilometrlik sərhədi nəzərdə tuturam. İran öz tranzit əhəmiyyətinə zərər vurulmasına imkan verməyəcək”, – deyə Qolipur vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031