6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SƏNAYE-İNFRASTRUKTUR

Almaniyada avtomobil sənayesi bir ildə 42 min iş yerini itirib

17-avqust-2026, 16:33
Almaniyada avtomobil sənayesi bir ildə 42 min iş yerini itirib
Yazı Ölçüsü:
Almaniyanın avtomobil sənayesində iş yerlərinin ixtisarı davam edir. Təkcə 2026-cı ilin ilk yarısında sektorda çalışanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 42 300 nəfər azalıb.
"PostMedia" “Bild”ə istinadən xəbər verir ki, bu, Almaniyanın iri sənaye sahələri arasında ən böyük geriləmədir.
Hazırda ölkənin avtomobil sənayesində təxminən 691 500 nəfər çalışır. Bu, 2005-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Xüsusilə avtomobil komponentləri istehsalçıları ciddi itkilərlə üzləşib. Bu sahədə çalışanların sayı bir il ərzində 7,6% azalaraq 219 500 nəfərə düşüb.
Avtomobil sənayesi üzrə ekspert Ferdinand Dudenhöffer “Bild”ə açıqlamasında əsas ixtisarların hələ qarşıda olduğunu bildirib.
“Biz hələ başa çatmaqdan çox uzaq olan tənəzzül prosesindəyik və onun tam miqyası yalnız qarşıdakı illərdə aydın olacaq. Qar uçqunu hələ tam gücünə çatmayıb, indi sürət yığmağa başlayır. Növbəti bir neçə il ağır olacaq”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, “Volkswagen”, “BMW”, “Porsche”, “Bosch” və “ZF” şirkətlərində elan edilmiş çoxsaylı ixtisarlar hələ statistik göstəricilərdə əks olunmayıb. Dudenhöffer 2030-cu ilədək Almaniya avtomobil sənayesində çalışanların sayının 500 min nəfərə qədər azalacağını proqnozlaşdırır.
Ekspert böhranın əsas səbəbləri arasında Almaniyada istehsal xərclərinin yüksək olmasını, Çindən artan rəqabəti və istehsalın avtomatlaşdırılmasını göstərib. Onun fikrincə, Almaniya “təkcə avtomobil istehsalını deyil, həm də yeni texnologiyaların inkişafını itirmək riski ilə üz-üzədir”.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31