6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SƏNAYE-İNFRASTRUKTUR

BBC: Hörmüz boğazının bağlanması 2027-ci ildə Britaniya iqtisadiyyatının artımını əngəlləyə bilər

12-avqust-2026, 19:25
BBC: Hörmüz boğazının bağlanması 2027-ci ildə Britaniya iqtisadiyyatının artımını əngəlləyə bilər
Yazı Ölçüsü:
Böyük Britaniya iqtisadiyyatı Hörmüz boğazından gəmiçiliyin pozulması ilin sonuna qədər davam edərsə, 2027-ci ildə demək olar ki, artım göstərməyə bilər.
PostMedia” xəbər verir ki, BBC Britaniya Maliyyə Nazirliyindəki mənbələrə istinadən yazıb. Nazirliyin Baş nazir Endi Börnhəmə təqdim etdiyi təhlilə əsasən, 2027-ci ilin yekununda ölkənin ÜDM-i cəmi 0,3 faiz arta bilər.
Daha əvvəl EY konsaltinq şirkəti bildirmişdi ki, Hörmüz boğazı gələn ilin yazına qədər bağlı qalarsa, Britaniya iqtisadiyyatı resessiya ilə üzləşə və il ərzində 0,2 faiz kiçilə bilər.
Qeyd edək ki, Britaniya hökuməti 2027-ci ildə iqtisadi artımın 1,6 faiz olacağını proqnozlaşdırır. Ölkənin Milli Statistika Xidməti isə avqustun 13-də 2026-cı ilin ikinci rübü üzrə iqtisadi artım göstəricilərini açıqlayacaq.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31