ABŞ və Ukraynanın birgə fondu Ukraynanın təbii ehtiyatları ilə bağlı saziş çərçivəsində strateji əhəmiyyətli faydalı qazıntıların hasilatı üzrə ilk müqaviləni imzalayıb.
"PostMedia" xəbər verir ki, bu barədə “Reuters” ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) nümayəndəsinə istinadən məlumat yayıb.
“Amerika-Ukrayna Birgə Bərpa və İnvestisiya Fondu strateji əhəmiyyətli faydalı qazıntılar sektorunda ilk müqaviləsini imzalayıb”, – deyə məlumatda bildirilir.
DFC nümayəndəsi Konor Koulmanın sözlərinə görə, fondun layihələrinin ümumi dəyəri təxminən 70 milyon dollara çata bilər.
Strateji əhəmiyyətli faydalı qazıntılarla bağlı saziş çərçivəsində Ukraynanın “BGV Group” şirkəti ilə birgə investisiya platformasına təxminən 30 milyon dollar yatırılması nəzərdə tutulur.
İlk mərhələdə platforma Ukraynada yataqların, o cümlədən nadir torpaq metallarının, uranın, berilliumun və sirkoniumun işlənməsinə yönələcək.