6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

"Nike" yenidən strukturlaşmanın növbəti mərhələsinə hazırlaşır

02-oktyabr-2026, 22:07
"Nike" yenidən strukturlaşmanın növbəti mərhələsinə hazırlaşır
Yazı Ölçüsü:
Amerikanın ayaqqabı və geyim istehsalçısı "Nike" gəlirlərin azalması səbəbindən işçilərinin sayını azaltmaq və dünya üzrə biznes bölmələrini yenidən təşkil etmək niyyətində olduğunu açıqlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, mənfəətin azalmasının əsas səbəblərindən biri Çində istehlakçıların "Nike" məhsullarına marağının zəifləməsidir. Çinin payına "Nike"ın illik gəlirlərinin təxminən 15%-i düşür. Hazırda rəhbərliyin neçə işçini ixtisar etməyi planlaşdırdığı məlum deyil. Bildirişlərin göndərilməsinə yalnız 2027-ci ildə başlanılacaq.
"Nike" eyni zamanda əməliyyat modelində dəyişikliklər edəcəyini və indiki dörd coğrafi region əvəzinə üç regiona keçəcəyini açıqlayıb. Bunlar Amerika qitəsi, Asiya-Sakit okean regionu və Avropa, Yaxın Şərq və Afrikanı birləşdirən region olacaq.
Bu, şirkətdə ilk ixtisar mərhələsi deyil. Gözlənilir ki, növbəti mərhələ 2031-ci maliyyə ili üçün 2,5 milyard dollar qənaət etməyə yönəlmiş siyasətin bir hissəsi olacaq.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031