6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Azərbaycan-Rusiya ticarət dövriyyəsi 1,5 dəfəyə yaxın azalıb

17-avqust-2026, 12:00
Azərbaycan-Rusiya ticarət dövriyyəsi 1,5 dəfəyə yaxın azalıb
Yazı Ölçüsü:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,109 milyard dollar təşkil edib. "PostMedia" xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31,3 faiz, yəni təxminən 1,5 dəfə azdır.
2025-ci ilin yanvar-iyul aylarında isə iki ölkə arasında ticarət dövriyyəsi 3,07 milyard dollar olub. 
Azərbaycanın Rusiyaya ixracı 2026-cı ilin ilk yeddi ayında 749,55 milyon dollar təşkil edib. İxrac 3,9 faiz artıb.
Rusiyadan Azərbaycana idxal isə 1,36 milyard dollar olub. Ötən ilin eyni dövründə bu göstərici 2,348 milyard dollar təşkil edib. Beləliklə, idxal 42,1 faiz, yəni təxminən 1,7 dəfə azalıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, Rusiya 2026-cı ilin yanvar-iyul aylarının yekunlarına əsasən Azərbaycanın əsas ticarət tərəfdaşları arasında beşinci yerdə qərarlaşıb. Rusiya İtaliya, Böyük Britaniya, Türkiyə və Çindən sonra gəlir.
Hesabat dövründə Rusiyanın Azərbaycanın xarici ticarət dövriyyəsində payı 7,22 faiz olub.
2025-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,92 milyard dollar təşkil edib. Bu, 2024-cü illə müqayisədə 2,5 faiz çoxdur.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31