6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ikinci ölkədir

17-avqust-2026, 11:00
Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ikinci ölkədir
Yazı Ölçüsü:

Ötən ildə Gürcüstan iqtisadiyyatına Azərbaycandan 214,4 milyon dollar həcmində birbaşa investisiya yatırılıb. "PostMedia" xəbər verir ki, bu göstərici ilə Azərbaycan Gürcüstanın ən böyük investorları sırasında ikinci yeri tutub.

Gürcüstanın Milli Statistika Xidmətinin dəqiqləşdirilmiş məlumatlarına görə, 2025-ci ildə ölkəyə ümumilikdə 1,9 milyard dollar həcmində investisiya yatırılıb. Bu, mart ayında açıqlanan ilkin göstəricidən 12,5% çoxdur.

Gürcüstana ən çox investisiya yatıran ölkə 426,6 milyon dollarla Böyük Britaniya olub. Azərbaycanın ardından Türkiyə 202,4 milyon dollarla üçüncü, Malta 148,3 milyon dollarla dördüncü, İsrail 145,1 milyon dollarla beşinci, Niderland 136,8 milyon dollarla altıncı, ABŞ isə 131,3 milyon dollarla yeddinci, Rusiya isə səkkizinci yerdə qərarlaşıb.

 

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31