6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

"Lamborghini" "Ferrari"yə meydan oxuyur - FOTOLAR

17-avqust-2026, 08:39
"Lamborghini" "Ferrari"yə meydan oxuyur - FOTOLAR
Yazı Ölçüsü:
“Lamborghini” şirkəti "Revuelto" hibrid hiperkarının yeni "Super Veloce" versiyasını – "Revuelto SV"ni təqdim edib.
"PostMedia" “Autocar”a istinadən xəbər verir ki, yeni model daha güclü güc qurğusu, təkmilləşdirilmiş aerodinamika və “Lamborghini”nin yarış avtomobillərində istifadə olunan texnologiyalara əsaslanan şassi sazlamaları ilə təchiz edilib.
"Revuelto SV"nin kapotunun altında üç elektrik mühərriki ilə birlikdə çalışan 6,5 litrlik atmosfer V12 mühərriki yerləşir. Batareyanın tutumu 7,3 kVt/saatadək artırılıb və bunun sayəsində avtomobilin ümumi gücü 50 at gücü artaraq 1051 at gücünə çatıb. Bu göstərici əsas rəqib hesab olunan “Ferrari 849 Testarossa”nın 1036 at gücündən çoxdur.
"Revuelto SV" 0-dan 100 km/saata 2,4 saniyəyə sürətlənir.
Yeni versiyanın əsas fərqlərindən biri aerodinamik göstəricilərinin təkmilləşdirilməsidir.
Asqının sazlanması “Lamborghini Squadra Corse” yarış bölməsinin təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Avtomobil sıxılma və geri qayıtma parametrləri əl ilə tənzimlənə bilən yeni amortizatorlarla təchiz olunub. Hər təkər üçün sərtliyin 14 fərqli səviyyəsi təqdim edilir. Şirkətin mühəndisləri adi yollar, trek və yaş örtük üçün tövsiyə olunan sazlamalar da hazırlayacaqlar.
Əyləc sistemi də yenilənib. "Revuelto SV" ön tərəfdə 420 mm, arxada isə 410 mm diametrli yeni karbon-keramika əyləclərlə təchiz olunub. Bundan əlavə, model ilk dəfə Temerario-da təqdim edilən 6D sensor sisteminə sahibdir. Sistem kuzovun uzununa və eninə hərəkətlərini, həmçinin avtomobilin üç ox ətrafında fırlanmasını izləyərək idarəetmənin daha dəqiq həyata keçirilməsinə imkan verir.
“Lamborghini”nin məlumatına görə, yenilənmiş əyləc sistemi yüksək yüklənmə zamanı yavaşıma effektivliyini 11% artırır, əyləcləmə məsafəsini isə təxminən 10% azaldır. Bununla yanaşı, əyləclərin həddindən artıq qızmaya və effektivliyin azalmasına qarşı davamlılığı yüksəldilib.
Avtomobil üçün daha çox yönlü istifadə imkanları təqdim edən "Potenza Sport" şinləri də əlçatandır.
Salonun dizaynında modelin idman xarakteri ön plana çıxarılıb. Oturacaqlar tam karbon elementlərdən hazırlanıb və məhdud sayda istehsal olunan “Lamborghini Fenomeno” modelinin oturacaqlarının dizaynından ilhamlanıb. Karbondan qapı panellərində də istifadə olunub.
Bununla belə, yüngül materialların tətbiqi avtomobilin çəkisini əhəmiyyətli dərəcədə azaltmağa imkan verməyib. Belə ki, hibrid batareyanın böyüdülməsi nəticəsində yaranan əlavə çəki karbon materialların istifadəsindən əldə olunan çəki üstünlüyünü qismən kompensasiya edib.
“Lamborghini” hələlik "Revuelto SV"nin qiymətini açıqlamayıb. Bununla belə, modelin qiymətinin 575 000 avronu keçəcəyi gözlənilir. Avtomobilin istehsalı iki illə məhdudlaşdırılacaq və ilk modellərin 2027-ci ilin əvvəlində alıcılara çatdırılması planlaşdırılır.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31