6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES

Taleh Kazımov bu qurumun vəzifəli şəxsini cərimələdi

17-avqust-2026, 14:33
Taleh Kazımov bu qurumun vəzifəli şəxsini cərimələdi
Yazı Ölçüsü:

Azərbaycan Mərkəzi Bankı (AMB) "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsi barəsində cərimə tətbiq edib.

"PostMedia" xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, cari nəzarət tədbirləri zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin pozulması müəyyən edilib.

Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən maliyyə qurumunun vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 4 000 manat məbləğində cərimələnib.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031